Bakıda mikroavtobus divara çırpıldı - VİDEO

Hövsan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ötən gün saat 20:30-da baş verib.
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
"Emin Salman oğlu Xudiyev idarə etdiyi "Mercedes Vito" markalı, 99-NA-120 dövlət nömrə nişanlı mikroavtobusun sükanı arxasında olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə məlumatda bildirilir.
***
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. "Mercedes Vito" markalı, 99-NA-120 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetmədən çıxaraq divara çırpılıb. Zərbənin təsirindən divarın bir hissəsi uçub.
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Əraziyə yol polisi əməkdaşları cəlb olunublar.
Qəza zamanı xəsarət alanların olub-olmaması hələlik məlum deyil.
Məsələ ilə bağlı dəqiqləşdirmə aparılması üçün aidiyyəti qurumlara sorğu göndərilib.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












