Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - FOTO

Bakının Ziya Bünyadov prospektində 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, prospektdə hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman eyni markalı digər avtomobilin sürücüsü nasaz nəqliyyat vasitəsinin qarşısında dayanaraq ona kömək etmək istəyib.
Bu vaxt arxadan gələn “Opel” markalı avtomobil yolda dayanmış VAZ-2107-yə çırpılıb. Ardınca eyni istiqamətdə hərəkət edən BYD markalı avtomobil də “Opel”lə toqquşub.
Nəticədə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə zamanı iki sürücü xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.
Qəza səbəbindən prospektdə nəqliyyat sıxlığı yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzaya uğrayan avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.


Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB
66 yaşlı qadını maşın vurub ÖLDÜRDÜ
Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTOLAR
Nasaz avtomobil sürücünün həyatına son qoydu – DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Gəncə-Samux yolunda AĞIR QƏZA: Maşın 2 yerə bölündü - FOTOLAR
Kürdəmirdə yük maşını “Mercedes”ə çırpıldı - Ölən var - FOTO - VİDEO - YENİLƏNİB
İsmayıllıda ağır qəza: Maşınlar yararsız hala düşdü, yaralı var - VİDEO
Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Bakıda “Chevrolet” aşdı, sürücü xəsarət aldı - VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU












