Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOsu - YENİLƏNİB

Bu gün saat 07:20-də Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub:
"Bir nəfər müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb".
***14:48
Bu gün saat 06:50-də paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
O bildirib ki, Abbas Abbasovun idarə etdiyi "Toyota" markalı 77-NM-964 dövlət nömrə nişanlı avtomobil dayanmış vəziyyətdə olan Bahadur Bəkirzadənin idarə etdiyi "AzSamand" markalı 90-SF-234 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində "AzSamand" markalı nəqliyyat vasitəsinin sürücüsü vəfat edib, hərəkətdə olan piyada Ağabala Bayramov isə xəsarət alıb.
***14:30
Bakı şəhəri, Heydər Əliyev prospektində baş vermiş və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtomobillər yüksək sürətlə hərəkətdə olduğu vaxt "Toyota" markalı nəqliyyat vasitəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan "AzSamand" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Bu zaman avtomobilin arxasında dayanan "AzSamand"ın sürücüsü iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb.
***10:24
Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO
Yolayrıcında qayda pozan sürücü qəzaya səbəb oldu – VİDEO
Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı - VİDEO
Ödənişli yolda qarpız dolu TIR aşdı - FOTOLAR - VİDEO
Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
İki avtomobil toqquşdu - Ölən və yaralanan var
"Nissan"la toqquşan “KİA” səkidə iki məktəblini vurdu; 14 yaşlı qızlar ağır yaralandı - VİDEO
Sabunçuda ağır qəza; avtobus “VAZ”a çırpıldı - VİDEO
Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Göyçayda avtobus “VAZ”la toqquşdu – Xəsarət alanlar var - VİDEO










