Bakıda piyadalar özlərini avtobusun qabağına atdı; biri öldü - REAL VİDEO

Bu gün səhər saat 07:45 radələrində paytaxtın Həsən bəy Zərdabi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Xaliq Faiqoğlu" şirkəti məlumat yayıb. Məlumata görə, qəza 18 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə qeydə alınıb. İki nəfər piyadanın yolun piyada keçidi olmayan hissəsindən qaçaraq keçmək istəməsi qəza ilə nəticələnib. Onlardan biri saatda təxminən 30-35 km sürətlə hərəkət edən avtobusun qarşısına çıxıb və yıxılaraq yolun hərəkət hissəsində nəqliyyat vasitəsinə çırpılıb.
Ağır xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza anını əks etdirən görüntülər aidiyyəti qurumlara təqdim edilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şirkət hadisə nəticəsində həyatını itirən şəxsin ailəsinə başsağlığı verir. Eyni zamanda piyadalara bir daha müraciət edərək yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrinu və həyatlarına məsuliyyətlə yanaşmalarıni tövsiyə edir.
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO













