Bakıda sürücü piyadanı vuraraq qaçıb

Paytaxtın Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, aprelin 27 –də saat 21 radələrində Zığ qəsəbəsindən mərkəz istiqamətinə olan yolda piyada Məmmədov İlqar Şükür oğlu avtomobillə vurulub. Nəticədə İ.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəzanı törədən şəxs isə hadisə yerindən yayınıb.
Məlumat əsasında hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibbi ekspertizası təyin edilib. Əməliyyat tapşırığı verilib. Cinayət törədən şəxsin “Təhlükəsiz Şəhər” kameraları görüntülərinin əldə edilməsi üçün müvafiq tədbirlər görülüb və digər təxirə salınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO












