Bakıda xanım polis kapitanı qəzaya düşdü - FOTO - VİDEO

Bu gün səhər Bakının Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki "Karl Markıs" dairəsində qəza olub.
Unikal.org xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, xanım polis kapitanın idarə etdiyi 99 LR 515 dövlət nömrə nişanlı “KİA Sportage” markalı maşınla toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn polis əməkdaşlarının Unikal.org-a verdiyi məlumata görə, hadisə taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün günahı ucbatından baş verib. Belə ki, "Karl Markıs" dairəsindən Azadlıq prospekti istiqamətində hərəkət etmək istəyən avtomobilləri Ziya Bünyadov prospekti kənar yol ilə gələn avtomobillər gözləməlidir. “Mercedes” markalı avtomobil “KİA Sportage” markalı avtomobilin hərəkətinə mane yaratdığı üçün sözügedən qəza baş verib.
Qəza nəticəsində hər iki istiqamətdə tıxac əmələ gəlib.


Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












