Bakıda yük maşını dəhşətli qəzaya səbəb oldu: Avtomobilləri əzib obyektə çırpıldı - VİDEO

Paytaxtın Səbail rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin görüntüsü anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 9-da, Salyan yolu şosesində baş verib.
Belə ki, yük maşınında hərəkət zamanı texniki nasazlıq yaranıb. Sürücü nəzarəti itirdiyindən maşın gözlənilmədən geriyə doğru hərəkət etməyə başlayıb.
Sürücü qəzanın qarşısını almaq üçün müxtəlif manevrlər etməyə cəhd göstərsə də, nəqliyyat vasitəsini dayandırmaq mümkün olmayıb. Nəticədə, yük maşını yolun kənarında park edilmiş avtomobilləri əzib, daha sonra isə obyektə çırpılaraq dayanıb. Hadisə nəticəsində yol infrastrukturuna da müəyyən dərəcədə ziyan dəyib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yük maşınının əyləc sistemində yaranan nasazlıq olub.
Fərid
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












