Bakıya gələn taksidəkilər dəhşət yaşadı - ÖLƏNLƏR VAR

Bakıda ağır yol qəzası baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
***
Bu gün günorta saatlarında Bakı-Qazax yolunun 36,5 km-də ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Salyan rayonunun “Qalalı” massivində yaşayan İsmayıl adlı şəxsin idarə etdiyi “Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaşının sürücüsü və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb. Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb. Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Daewo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən “KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə “KamAZ” taksinin üstündən keçib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












