“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurdu: 1 ölü, 2 yaralı

“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. “Bakubus” MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Digər hadisə isə ötən gün axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon ərazisində baş verib. “Bakubus”a məxsus, 99 JH 075 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus 2 piyadanı vurub. Xəsarət alan piyadalardan biri evə buraxılıb. 1949-cu il təvəllüdlü Dinar Həmidzadə ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, ölümlə nəticələnən qəza piyadanın piyadalar üçün müəyyən olunmayan yerdən keçməsi səbəbindən baş verib. Hazırda məsələ bağlı həm BNA, həm də digər müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












