Baş yolda olan sürücü bu qaydanı bilmədiyi üçün qəzaya düşdü - VİDEO

Bakıda baş verən yol nəqliyyat hadisəsinin videosu anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 18-də, paytaxtın Xəqani Rüstəmov küçəsində baş verib.
Belə ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olan 90-XP-841 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü üstünlüyə malik olan "Hyundai" markalı avtomobilə yol verməyib. Bu səbəbdən qəza qaçılmaz olub.
Baş verən bu hadisədə "Hyundai"ın sürücüsü də günahkar hesab olunur. Çünki, "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sürücü dairəvi hərəkət təşkil edilmiş yolayrıcını ən sağ zolaqdan tərk etməlidir. Lakin bu sürücü dairənin ən sol zolağından birbaşa sağa dönüb. O, əgər sağ zolaqdan manevr etsəydi, baş verə biləcək qəzanın qarşısını vaxtında ala bilərdi.
Fərid
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












