Bələdiyyə sədrinin oğlu motosiklet sürücüsünü vurdu; içkili imiş - VİDEO

Türkiyənin İğdır şəhərində baş verən yol qəzası böyük müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sərxoş halda avtomobil idarə etdiyi iddia olunan sürücünün polisin “saxla” əmrinə tabe olmayaraq qaçması nəticəsində ağır xəsarət alıb.
Hadisə Zübeydə Xanım Bulvarı yaxınlığında qeydə alınıb. Məlumata görə, İğdır Polis İdarəsinin əməkdaşları İrfan küçəsində reyd həyata keçirən zaman bir avtomobil sürücüsü polisin “dayan” əmrinə məhəl qoymayaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Polis əməkdaşları qaçan avtomobili təqib ediblər.
Təqib zamanı sürücü İrfan küçəsində döngəni keçə bilməyib və qarşıdan gələn motosikletlə toqquşub. Qəza anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Toqquşma nəticəsində motosiklet sürən 55 yaşlı bələdiyyə işçisi Yusuf Öztürk xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıya ilkin yardım göstərdikdən sonra onu İğdır Dövlət Xəstəxanasına çatdırıb. Həkimlərin müayinəsi zamanı onun sağ ayağında və sol diz qapağında sınıqlar olduğu müəyyən edilib.
Polis əməkdaşları qaçan sürücünü saxlayıblar. Araşdırma zamanı sükan arxasında olan şəxsin İğdır bələdiyyə başçısı Mehmet Nuri Günəşin 28 yaşlı oğlu Şiyar Günəş olduğu məlum olub. Aparılan alkoqol testinin nəticələrinə görə, onun qanında 2,9 promil spirt aşkar edilib.
Məlumata görə, Şiyar Günəşin sürücülük vəsiqəsi son beş il ərzində üç dəfə alınıb. Ona inzibati qaydada ümumilikdə 640 min türk lirəsi - 925 000 manat) məbləğində cərimə tətbiq olunub.
Polis tərəfindən saxlanılan bələdiyyə sədrinin oğlu barəsində məhkəmə prosesi başlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Eltac Zülfüqaroğlu
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












