Beyləqanda zəncirvari qəzada 1 nəfər öldü, daha ikisi xəsarət aldı

Beyləqan rayonunun Gödəklər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 7-də saat 1 radələrində Beyləqan rayonunun Gödəklər kəndi ərazisində Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi “T-28” markalı traktora vurub, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












