Beylikdüzündə 3 avtomobil toqquşdu: 2 ağır yaralı

Qəzalar 8 Sentyabr 2026 21:35
Beylikdüzündə 3 avtomobil toqquşdu: 2 ağır yaralı
WhatsApp kanalımıza abunə olun

İstanbulun Beylikdüzü rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə Ankara istiqamətində saat 16:00 radələrində qeydə alınıb. Qəza nəticəsində iki nəfər ağır yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Qəzaya qarışan avtomobillər ərazidən evakuasiya edilib, nəqliyyatın hərəkəti isə bir müddət kontrollu şəkildə təmin olunub.

Nigar

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh