Biləcəridə yük avtomobilinin iştirakı ilə zəncirvari qəza olub - FOTO
Qəzalar
5 May 2026 23:57

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində zəncirvari qəza qeydə alınıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb “Kamaz” markalı yük avtomobilinin işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirməsi olub.
Nəticədə yük avtomobili qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari qəza baş verib.
Hadisə zamanı “Kamaz”ın sürücüsü xəsarət alıb. Digər avtomobillərə isə ciddi ziyan dəyib.
Qəza səbəbilə ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və görülən tədbirlər nəticəsində tıxac aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 954
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
12 Noyabr 2026 12:36
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
12 Noyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
12 Noyabr 2026 11:33
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
12 Noyabr 2026 11:11
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
12 Noyabr 2026 09:48
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
11 Noyabr 2026 22:33
Gəncədə avtobus qəzaya düşdü
11 Noyabr 2026 17:30
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
11 Noyabr 2026 15:30
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
11 Noyabr 2026 14:18
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
11 Noyabr 2026 13:06
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
11 Noyabr 2026 10:36
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
ŞƏRH YAZ















