Biləsuvarda ağır qəzada ölən Elnurun FOTOsu - YENİLƏNİB

İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlərlə bağlı məlumat açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş vermiş hadisədə xəsarət alan iki nəfər (kişi) oktyabrın 19-da saat 20:50-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri diaqnozları təyin olunan şəxslərə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1989-cu il təvəllüdlü pasiyentin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 1996-cı il təvəllüdlü pasiyent göstərilən reanimasya tədbirlərinə cavab verməyib və oktyabrın 19-da saat 22:10 -da onun bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib", - deyə açıqlamada bildirilir./oxu.az
***10:23
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsində dünyasını dəyişən İmişli rayon sakini, 1996-cı il təvəllüdlü Elnur Rüstəmovun fotosu yayılıb.
Avtosfer.az onun şəklini təqdim edir.
Qeyd edək ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

***
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun sərnişini 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb
Faktla bağlı araşdırma aparılır.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












