Biləsuvarda ağır yol qəzası: 2 qadın öldü, 4 yaralı - YENİLƏNİB

Biləsuvarda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub. APA -nın verdiyi xəbərə görə, qəza nəticəsində 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Güllübəyim Mehdi qızı Hüseynova hadisə yerindəcə keçiniblər.
Qəza nəticəsində xəsarət alanlar - 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətov, 1996-cı il təvəllüdlü Asim Rasim oğlu Məmmədov, 1979-cu il təvəllüdlü Məlahət Qurban qızı Əliyeva və 1993-cü il təvəllüdlü Araz Əsəd oğlu Tağızadə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. Belə ki, "Lada Priora" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verildiyi bildirilib. Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib.
*** 15:22
Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir. Hazırda hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi baş verən hadisə ilə bağlı məlumat yayıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “LADA” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











