Binədə yolayrıcına baxmadan girən “Nissan” “Chevrolet”ə çırpıldı - ANBAAN VİDEO

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş qəza anbaan təhlükəsizlik kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 28-də saat 08:06 radələrində qeydə alınıb. Belə ki, “Nissan” markalı maşın, “Yango” taksi şirkətinə məxsus “Chevrolet” markalı avtomobillə toqquşub. Kadrda “Nissan” sürücüsünün yolayrıcına daxil olan zaman sağ tərəfdən gələn maşını gözləmədən hərəkət etdiyi aydın şəkildə əks olunub. Digər tərəfdən “Chevrolet”in sürücüsünün də yaşayış zonasında avtomobili yüksək sürətlə idarə etdiyi görünür.
Qeyd edək ki, hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülər arasında xəsarət alan olmayıb.
Xatırladaq ki, nizamlanmayan yolayrıcında hərəkət üstünlüyü baş yoldakı nəqliyyat vasitələrində olur. Lakin bəzi sürücülər baş yolda olan maşınları gözləmədən yolayrıcına daxil olurlar və videodakı sürücü kimi qəzaya səbəb olurlar. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 bal və 80 manat cərimələnə bilərlər.
Nərmin
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB












