Binəqədidə avtobusla yük maşını toqquşub - VİDEO

Bakının Binəqədi rayonunda, "15 sutka" kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Hadisə nəticəsində avtobusun şüşələri sınıb.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məsələ ilə bağlı açıqlamasında bildirib ki, mayın 27-də saat 11:20-də "BakuBus" MMC-nin istismarında olan 147 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib:
"İlkin məlumata əsasən, hadisə digər nəqliyyat vasitəsinin manevr qaydalarını pozması nəticəsində baş verib. Toqquşma nəticəsində avtobusun sol yan şüşəsi sınıb. Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin səfərinin davam etdirilməsi məqsədilə onlar operativ şəkildə eyni marşrut üzrə hərəkət edən digər 147 nömrəli avtobusa yönləndiriliblər. Baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib".
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB













