Bir ay ərzində "Hall Siti"nin iki futbolçusu eyni yerdə qəzaya düşdü

İngiltərənin "Hall Siti" klubunun futbolçusu Lüka Qurna-Duat məşqə gedərkən komandanın bazası yaxınlığında avtomobil qəzasına uğrayaraq maşınını aşırdıb.
Oxu.Az bu barədə "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir.
"Hall Siti" sosial şəbəkələrdə klubun məşq bazasının yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi yerindən yayılan fotolardan xəbərdardır və insident nəticəsində heç kimin xəsarət almadığını təsdiqləyir", - deyə klubun bəyanatında qeyd olunub.
Xatırladaq ki, sentyabrın 11-də təxminən eyni yerdə komandanın digər futbolçusu Sorba Tomas da oxşar şəkildə avtomobil qəzası keçirmişdi. O zaman qəzanın səbəbi açıqlanmasa da, Şərqi Raydinq Yorkşir qraflığının Şura üzvü Fil Redşou komanda rəhbərliyindən futbolçulara baza ətrafındakı yaşayış küçələrində avtomobili daha diqqətlə idarə etməli olduqlarını xatırlatmağı xahiş etmişdi.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












