Bir sürücünün səhvi neçə insanın həyatını təhlükəyə atır? - Rövşən Tağıyev

Balakən rayonunda dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yol hərəkəti iştirakçılarının məsuliyyəti məsələsini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev yol hərəkəti qaydalarına əməl etməyin hər bir hərəkət iştirakçısının üzərinə düşən hüquqi və mənəvi məsuliyyət olduğunu bildirib.
O qeyd edib ki, bəzi sürücülər təhlükəli sürəti, riskli ötməni və digər qayda pozuntularını yalnız özlərinə aid qərar kimi qəbul edir və bununla yaratdıqları təhlükənin miqyasını nəzərə almırlar:
“Halbuki ümumi istifadədə olan yollarda verilən yanlış qərarın nəticəsi heç vaxt yalnız həmin sürücü ilə məhdudlaşmır. Bir sürücünün məsuliyyətsiz davranışı qaydalara riayət edərək öz yolu ilə hərəkət edən insanların həyat və sağlamlığını da təhlükə altına qoyur”.
Rövşən Tağıyev vurğulayıb ki, yol hərəkətində hər bir sürücü öz davranışının mümkün nəticələrini nəzərə almalı, digər insanların həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidir.
Eltac
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












