Braziliyada kiçik təyyarə qəzaya uğradı, 3 nəfər ÖLDÜ

Braziliyanın Mato-Qrosso ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli G1 telekanalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Qəza Aqua-Boa şəhərindən təxminən 20 kilometr məsafədə baş verib. Həlak olanların şəxsiyyəti hələlik müəyyən edilməyib.
İlkin məlumata görə, təyyarə Qoyaniya şəhərindəki aerodromdan havaya qalxıb. Lakin hava gəmisinin qeydiyyatdan keçmiş uçuş planı olmadığı üçün onun təyinat məntəqəsi məlum deyil.
Təyyarə qəza nəticəsində tamamilə yanaraq məhv olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu, "Cessna" markalı, N401NA qeydiyyat nömrəli hava gəmisidir. Bununla belə, təyyarə Braziliyanın Milli Mülki Aviasiya Agentliyində (ANAC) qeydiyyatda olmayıb.
Qəzanın başvermə səbəbləri və digər hallar Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən araşdırılacaq.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












