Britaniyada Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter QƏZAYA UĞRADI

Böyük Britaniyanın cənub-qərbində yerləşən Oukhempton şəhərinin yaxınlığında helikopter qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Devon və Kornuoll polisinin açıqlamasına əsaslanaraq "The Daily Mail" nəşri yayıb.
Bildirilib ki, xilasetmə xidmətləri Sorton-daun kəndi ərazisindəki tarlada qeydə alınmış qəza yerinə cəlb ediliblər. Vertolyotun göyərtəsində neçə nəfərin olduğu hələlik dəqiqləşdirilməyib.
Qəzetin yazdığına görə, bədbəxt hadisə ötən gecə saatlarında olub.
Bölgə sakinlərindən biri yerli vaxtla saat 03:15 radələrində güclü partlayış səsi eşitdiyini söyləyib. Hazırda mütəxəssislər qəzanın başvermə səbəblərini öyrənirlər.
Oukhempton şəhərinin yaxınlığında helikopter qəzası ilə bağlı Devon və Kornuoll polisinin digər açıqlamasında qeyd edilib ki, hava nəqliyyatı vasitəsi Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus olub.
Xilasetmə qüvvələri Sorton-daun kəndi ərazisindəki tarlada baş verən qəza yerinə cəlb ediliblər. Hava nəqliyyatının göyərtəsində neçə nəfərin olduğu hələlik dəqiqləşdirilməyib.
Qəzetin yazdığına görə, bədbəxt hadisə çərşənbə axşamından çərşənbə gününə keçən gecə qeydə alınıb. Bölgə sakinlərindən biri yerli vaxtla saat 03:15-də güclü partlayış səsi eşitdiyini söyləyib. Hazırda mütəxəssislər qəzanın başvermə səbəblərini öyrənirlər.
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












