“BYD” arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı - FOTOLAR - YENİLƏNİB

Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alan sürücünün vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 8-də saat 07:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Ələt-Astara avtomagistralından yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Döş qəfəsinin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir./oxu.az
***11:23
Bakı-Qazax yolunda baş verən qəzada sürücü xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Bildirilib ki, hadisə bu gün səhər saat 07:00-da Bakı-Qazax yolunun 39-cu kilometrliyində qeydə alınıb.
"Nicat Nizami oğlu Sadıqov idarə etdiyi BYD markalı, 77-QL-472 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirib və nəticədə onu maneəyə çırpıb. Hadisə nəticəsində sürücü xəsarət alıb", - deyə məlumatda bildirilib./oxu.az
***10:00
Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “BYD” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə metal arakəsmələrə, sonra işıqlandırma dirəyinə çırpılıb. Nəticədə, avtomobil tamamilə yararsız hala düşüb.
Hadisə zamanı ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Araşdırma aparılır.


Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












