"C-130" qəzasında şəhid olan Ramazan Yağızın duyğulandıran hekayəsi - VİDEO

Baku TV-nin "24 saat" verilişinin yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Gəncədən Türkiyəyə qayıdarkən Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" hərbi təyyarəsində həlak olan kiçik gizir Ramazan Yağızın sosial şəbəkələrdə gündəm olan həyat hekayəsi paylaşılıb.
Məlum olub ki, Ramazan Yağız 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru kimi qeydiyyatdan keçib və illər sonra bir xərçəng xəstəsinə uyğun donor olub. O, həmin vaxt paylaşdığı yazıda belə qeyd edib:
"Təxminən 10 il əvvəl - "kök hüceyrə donoru olmaq istəyirsənmi?" - deyə soruşdular, mən də - "bəli", - dedim. 10 il sonra mənə xərçəng xəstəsi ilə uyğun olduğum bildirildi. Testlərdən sonra iyun ayında əməliyyat baş tutdu və bu gün həmin adamın xəstəxanadan buraxıldığını eşitdim. Bu, həyatımın ən böyük xoşbəxtliyidir".
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Daha ətraflı videomaterialda:
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












