“Chevrolet” 67 yaşlı kişini vurub öldürdü - VİDEO

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün magistral yolun Abşeronun Masazır kəndi ərazisindən keçən hissəsisndə qeydə alınıb. Quba rayon sakini Şəhla Paşayeva avtomobillə paytaxtdan Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Şəhla Paşayeva elə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılır .
Beyləqanda isə yol-nəqliyyat hadisəsində piyada ölüb. Hadisə Beyləqan şəhərinin mərkəzi küçəsində baş verib. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən Beyləqan rayon sakini, 67 yaşlı Tofiq Nağıyevi vurub. Piyada kəllə-beyin travması ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyiblər. Faktla bağlı araşdırma aparılır
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












