Çin maşını beton maneəyə çırpılıb iki yerə bölündü - FOTO

Çinin elektrikli avtomobil istehsalçısı “Nio”nun “EC6” modeli Şanxayda baş verən ağır yol-nəqliyyat hadisəsində, demək olar ki, yarıya bölünüb.
Avtosfer.az xəbər verir ki, yüksək sürətlə beton maneəyə çırpılan avtomobildə iki sərnişinin olması barədə məlumat yayılı və onların həyatları üçün təhlükə olmadığı açıqlanıb. Polis faktla bağlı araşdırmanı davam etdirir.
Şirkətdən verilən məlumatda bildirilib ki, qəza avtomobilin daxili sistemləri tərəfindən dərhal qeydə alınıb və məlumat “Nio”ya ötürülüb. Qeyd olunub ki, hadisə zamanı sürücüyə heç bir yardım sistemi aktiv olmayıb. Eyni zamanda, toqquşmadan sonra avtomobilin qapı tutacaqları avtomatik açılıb, batareya paketində isə nə yanğın, nə də istilik sızması qeydə alınıb.
Sosial şəbəkələrdə geniş yayılan görüntülərdə avtomobilin arxa hissəsinin tamamilə parçalanması qəzaya diqqəti artırıb. Rəsmi məlumatlara görə, toqquşma yüksək sürətlə hərəkət edən “EC6”nın 12 santimetr qalınlığında beton maneəyə çırpılması nəticəsində baş verib. Səlahiyyətlilər bildiriblər ki, bu tip maneələr zərbəni çox dar bir nöqtəyə yönləndirdiyindən avtomobildə ciddi struktur dağıntıları yarada bilir.
İlkin məlumata əsasən, sərnişinlər toqquşmadan sonra avtomobildən özləri çıxa biliblər. Bununla belə, kabinin deformasiyası, təhlükəsizlik sistemlərinin səmərəliliyi və zərbənin avtomobilin konstruksiyasına necə yayıldığı ilə bağlı texniki qiymətləndirmə hələ müstəqil ekspertlər tərəfindən aparılmayıb.
Eltac

“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












