Daha bir uçan avtomobil: Bordürə çırpılıb 2 maşının üstündən tullandı – ANBAAN VİDEO

Türkiyənin paytaxtı Ankarada sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil qəfil yoldan çıxaraq yüksək sürətlə avtoyuma məntəqəsinə daxil olub.
Avtosfer.az xəbər verir ki, hadisə anı ərazidəki müşahidə kameraları tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə geniş yayılıb.
Görüntülərdə 06-AU-9414 nömrə nişanlı avtomobilin yüksək sürətlə hərəkət etdiyi, daha sonra isə idarəetməni itirərək avtoyuma məntəqəsinə çırpıldığı açıq şəkildə görünür. Qəza zamanı dükanın qarşısını süpürən işçi və avtomobildə olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hadisə şahidləri bildiriblər ki, avtomobilin sürəti həddindən artıq yüksək olub və sürücünün vaxtında manevr edə bilməməsi faciəyə səbəb olub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mütəxəssislər isə qeyd edirlər ki, belə hadisələrin əsas səbəbi sürət həddinin aşılması və diqqətsiz idarəetmədir. Bu cür qəzalar bir daha sürücülərə şəhər daxilində yüksək sürətlə hərəkətin nə qədər təhlükəli olduğunu xatırladır.
Eltac Zülfüqaroğlu
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












