Ekskavatorla minik maşını toqquşdu - FOTO - YENİLƏNİB

"01.07.2025-ci il tarixində saat 11:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (1-i kişi, 1-i qadın cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar".
Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara sağ çiyin bazu sümüyünün başının sınığı və sağ bud sümüyünün orta üçdə birinin qəlpəli sınığı diaqnozu təyin olunub.
"Hazırda hər ikisinin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
***13:06
Goranboyda ekskavatorla minik maşını toqquşub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Hyundai" markalı ekskavatorla "Mercedes" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınının sərnişinləri - 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












