Ələt-Astara yolunda yanan “Mercedes SLS”lə bağlı yeni xəbər: 3 yaralı - VİDEO

Cəlilabad rayonunda baş verən yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.Az "Report"a istinadən bildirir ki, yaralılar - sürücü, Zəngilan rayon sakini, 1990-cı il təvəllüdlü Hüseynli Abbas Məhəmməd oğlu, sərnişinlər - Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Vüsal Elman oğlu və Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Vərəsli Elşən Rafiq oğludur. Yaralıların hamısı Bakıdakı xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes SLS" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilib, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














