Erməni hərbçilərin olduğu maşın aşdı - YARALILAR VAR

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Ağdarə və Yuxarı Orataq yaşayış məntəqələri istiqamətində qanunsuz erməni silahlı dəstələrinin üzvləri bir gün ərzində 2 avtoqəza törədib.
Avtosfer.az xəbər verir ki, Ağdərə istiqamətində hərəkət edən qanunsuz erməni silahlı dəstəsinə məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarında yerləşən mağazaya çırpılıb.
Sürücünün sərxoş olması səbəbindən baş verən qəza zamanı qanunsuz silahlı dəstənin bir neçə üzvü xəsarət alıb, maqazin sahibinə isə külli miqdarda maddi ziyan dəyib.
Məlumatda o da qeyd olunur ki, qarlı hava və yolun buz bağlaması səbəbindən qanunsuz erməni silahlı dəstəsinə məxsus “UAZ” markalı hərbi nəqliyat vasitəsi aşıb.
Hər iki qəza nəticəsində xəsarət alan qanunsuz erməni silahlı dəstələrinin üzvləri mülki xəstəxanaya aparılıb və onların vəziyyəti orta-ağır qiymətləndirilir. Hər iki maşın isə yararsız hala düşüb.
unikal
"BMW" və "VAZ-2106 toqquşdu": Qəza anı kameraya düşdü - VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu











