Evakuatorla sərnişin avtobusu toqquşdu: 4 yaralı barədə xəbər var

Ötən gün Binəqədi-Balaxanı yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, ötən gün saat 17:00 radələrində “Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, qəzada xəsarət alan 1985-cil təvəllüdlü Mikayılov Bəhruz Ərzalı oğlu, 1985-ci il təvəllüdlü Quliyev Ceyhun Sabir oğlu və 2000-ci il təvəllüdlü Əhmədova Rövşanə Sədiyar qızı ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Avtobusun sürücüsü 1971-ci il təvəllüdlü Mirzəyev Vüqar Zöhrab oğlu isə reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədən bildirilib ki, xəstənin vəziyyəti hazırda ağırdır, o, süni nəfəs aparatına qoşulu vəziyyətdədir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












