Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO

Oktyabrın 12-nə keçən gecə Masazırda motosikletin iştirakı ilə baş vermiş ağır yol qəzasında həlak olan 2 gəncin yeni görüntüləri yayılıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin gənclərin paylaşdığı görüntülərdən onların motosikleti təhlükəli və sürətli formada idarə etdikləri məlum olur.
Bildirilib ki, onlar daha çox Bakı-Sumqayıt yolunda videolar çəkərək paylaşıblar. Gənclərin qəzaya düşdüyü ərazidən də daha əvvəl video paylaşdığı qeyd edilib.
Xatırladaq ki, dəhşətli qəza oktyabrın 11-i saat 20:40-da Abşeron rayonu, Duz gölü kənarında Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində həlak olub.
“Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması müəyyənləşib.
Motosikleti idarə edən A.Məlikovun sürücülük hüququ olmayıb.
Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












