Florida sahillərində təyyarə okeana düşdü: pilot ölüb

Kiçikölçülü “Cessna Citation V” təyyarəsinin cümə günü Florida sahillərində Atlantik okeanına düşməsi nəticəsində azı bir nəfər ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) “Twitter” hesabına istinadən məlumat yayıb. İlkin məlumatlara görə, biznes-jetdə yalnız pilot olub. Qəza təyyarə İllinoysdan Floridaya uçan zaman Fort Loderdeyl limanından təxminən 200 km aralıda baş verib. FAA-nın məlumatına görə, dispetçerlər qəzadan təxminən bir saat əvvəl təyyarə ilə əlaqəni itiriblər.
“The New York Times” qəzetinin verdiyi məlumata görə, “Cessna” dispetçerlərin sorğularına cavab vermədikdən sonra hərbçilər iki “F-15” qırıcısını ona doğru istiqamətləndirib. “F-15″lər yaxınlaşması ilə “Cessna” kəskin şəkildə aşağı düşməyə başlayıb və okeana çırpılıb. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığından təyyarəyə doğru atəş açılmadığı bildirilib.
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












