Ordumuzun zabitləri Füzulidə faciəvi yol qəzasında həlak oldular - FOTOLAR

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı təfərrüatlar məlum olub. Avtosfer.az xəbər verir ki, qəzada dünyasını dəyişən hər iki şəxs, Araz Fazil oğlu Nazarov və sərnişini İlkin İmdadlı Azərbaycan Ordusunun zabitləri olub. Məlumata görə, kapitan A.Nəzərov top divizyon komandirinin müavini idi. İlkin İmdadlı isə ordumuzun baş leytenantıdır.
Həmçinin A. Nəzərovun Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun qardaşı olduğu bildirilir. 38 yaşlı mərhum hərbçi ailəli olub, 2 övladı var. O, Vətən müharibəsi iştirakçısı idi, Qubadlının, Laçının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.
O, doğulduğu Goranboy rayonu Qızılhacılı kəndində torpağa tapşırılacaq.


***
Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO











