Füzulidə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 21-i, saat 13:30-da Füzuli rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən biri, 2002-ci il təvəllüdlü yaralının vəziyyəti orta ağır qiymətləndirilir və hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
1992-ci, 2003-cü il təvəllüdlü şəxslərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.(oxu.az)
***21 sentyabr, 23:51
Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində KİA və "Mercedes" markalı avtomobillər toqquşub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, qəza zamanı rayonun Bala Bəhmənli kənd sakini Niyazova Kübra Oruc qızı və Böyük Bəhmənli kənd sakini Mirzəyev Cavid Koroğlu oğlu, habelə Beyləqan rayonunun Birinci Şahsevən kənd sakinləri; Əmirzadə Fərid Fəxri oğlu və İbrahimov Füzuli Sədrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












