Banner

Gəncədə avtomobil ana və iki övladını vurub

Qəzalar 19 Oktyabr 2026 12:48
Gəncədə avtomobil ana və iki övladını vurub
WhatsApp kanalımıza abunə olun

Dünən Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb.

Xəsarət alanlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunublar.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar./oxu.az

***18 oktyabr, 11:40

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində ana və iki övladı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 722
ŞƏRH YAZ
Ad

E-mail

Şərh