Gəncədə avtomobil mağazaya çırpılıb - FOTO
Qəzalar
4 Aprel 2019 12:32
Oxunub 1003

Mağazaya və nəqliyyat vasitəsinə ziyan dəyib
Gəncə şəhərində yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq mağazaya çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, yaşlı sürücü həyəcan keçirib, mağazaya və nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














