Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb

Qəzalar 16 May 2019 19:02
Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, mayın 16-da səhər saatlarında yolu qarşı tərəfə keçmək istəyən gənc qadını avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxunub : 1385
ŞƏRH YAZ
Ad

E-mail

Şərh