Giresunda mikroavtobusla yük maşını toqquşdu, 23 nəfər xəsarət aldı
Qəzalar
12 Sentyabr 2026 16:24

Türkiyənin Giresun şəhərinin Şebinkarahisar rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla kiçik yük maşını toqquşub, 23 nəfər xəsarət alıb.
Avtosfer.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Şebinkarahisar-Dereli avtomobil yolunun Şaplıca kəndi Deliklitaş ərazisində 44 PV 793 dövlət nömrə nişanlı mikroavtobusla 58 AGY 870 dövlət nömrə nişanlı kiçik yük maşını toqquşub.
"Kiçik yük maşını zərbənin təsirindən yol kənarına aşıb", - məlumatda bildirilib.
Hadisə yerinə 112 Təcili Tibbi Yardım və jandarm qrupları göndərilib.
Qəzada yaralanan sürücülər də daxil olmaqla, 23 nəfər Şebinkarahisar Dövlət Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlarının son vəziyyətinin yaxşı olduğu qeyd olunub.
Oxunub : 462
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 17:30
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
12 Noyabr 2026 16:00
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
12 Noyabr 2026 12:36
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
12 Noyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
12 Noyabr 2026 11:33
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
12 Noyabr 2026 11:11
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
12 Noyabr 2026 09:48
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
11 Noyabr 2026 22:33
Gəncədə avtobus qəzaya düşdü
11 Noyabr 2026 17:30
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
11 Noyabr 2026 15:30
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
11 Noyabr 2026 14:18
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
ŞƏRH YAZ












