Goranboyda ağır qəza: ata və övladı öldü - YENİLƏNİB

01.01.2026-cı il tarixində saat 23:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərdən 2 nəfərə (qadın) zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü yeniyetmənin ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***09:26
Goranboyda minik maşınının aşması zamanı ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, ölənlər Goranboy rayonun Kələk kənd sakinləri - sürücü 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynovdur. Qəzada xəsarət alanlar isə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynovadır.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.
***
Goranboyun Nadirkənd kəndində baş verən yol qəzasında xəstəxanaya yerləşdirilən yaralılardan biri dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, bununla da ölənlərin sayı 2 nəfərə çatıb, digər yaralılının müalicəsi isə davam edir.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Nadirkənd kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO












