Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu - VİDEO - YENİLƏNİB

Goranboyda piyada yol qəzasında xəsarət alıb. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramova yolu keçmək istəyən zaman avtomobil onu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kaf olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Məlumata görə, marketlərin birinin qarşısında yolu keçmək istəyən yeniyetməni Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi “Nissan” markalı minik avtomobili vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
***
Bu gün saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən xəbər verilib. Ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin edilib. Qeyd edilib ki, hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır, stabil olaraq qiymətləndirilir.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












