Goranboyda iki maşın toqquşdu - 5 nəfər xəsarət aldı - YENİLƏNİB

Goranboyda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 5-də, saat 08:45-də Goranboy rayonu Xanqərvənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, ikisinin orta ağır, digər iki nəfərin səhhəti isə stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir./oxu.az
***10:09
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 21011"ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.
Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./unikal
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












