Goranboyda iki maşın toqquşdu: Yaralananlar var - YENİLƏNİB

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 10-u, saat 23:20-də Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (biri qadın, ikisi kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 2015-ci il təvəllüdlü azyaşlı (qadın) zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Digər iki nəfərin müalicəsi isə tibb müəssisəsinin cərrahiyyə və terapiya şöbələrində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***09:29
Goranboyda yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza zaman 1981-ci il təvəllüdlü P.Quluzadə, 2015-ci il təvəllüdlü M.Quluzadə və 1987-ci il təvəllüdlü A.Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(unikal)
Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı - VİDEO
İsmayıllıda qeyri-adi qəza: Gənc oğlan maşına çırpıldı - ANBAAN VİDEO
Şəhid anası faciəvi şəkildə öldü - FOTO
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? - TƏFƏRRÜAT
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var
Sumqayıt-Novxanı yolunda dəfələrlə ötməyə çıxan sürücü qəza törətdi - VİDEO
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - FOTO - VİDEO
Bakıda ticarət mərkəzinin qarşısında QƏZA: 80 yaşlı kişi ÖLDÜ
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO












