Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var - YENİLƏNİB

29.07.2025-ci il tarixində saat 13:30 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətlər diaqnozu təyin edilib.
Hazırda 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər 1 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.
***15:06
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1989-cu il təvəllüdlü T.Mustafayev idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə, Goranboy rayonunun Aşağı Ballıqaya kənd sakini, 1975-ci il təvəllüdlü R.Səlimovun idarə etdiyi “VAZ” 21 015 markalı avtomobil toqquşub. Qəza zamanı, “VAZ 21015"in sürücüsü və “VAZ 2107"in sərnişini, Goranboy rayonunun Qarasüleymanlı kənd sakini, 1960-cı il təvəllüdlü Ə. Mustafayeva xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











