Goranboyda qəza: 2 qardaş xəsarət aldı - YENİLƏNİB

Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəza nəticəsində xəsarət alan iki nəfər (kişi) sentyabrın 2-də saat 20:10-da Goranboy Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Goranboyun Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimov VAZ-2106 avtomobili 1987-ci il təvəllüdlü, Səfükürd kənd sakini İnarə Həsənovanın "Chevrolet" markalı maşını ilə toqquşmuş, nəticədə iki qardaşın xəsarət aldığı bildirilmişdi./oxu.az
***02 sentyabr, 23:08
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.
Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb.
Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.
Qəzada N. Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












