Göyçayda bankirin oğlu məktəbli qızı maşınla vurub şikəst etdi – VİDEO

İşıqforun qırmızı işığında hərəkət edən sürücü ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, yanvarın 28-də Göyçay rayonunun mərkəzində Fərid Abdullayevin idarə etdiyi 10 MX 073 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobil piyadanı vurub. 11 sinif şagirdi olan qız yolu keçərkən Fərid Abdullayev işıqforun qırmızı işığında hərəkəti davam etdirərək yüksək sürətlə piyadanı vurub. Zərbədən piyadanın onurğa sütunu sınıb.
Hazırda ağır vəziyyətdə xəstəxanadadır.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov Unikal.org-a açıqlamasında bildirib ki, qəzanı törədən sürücü Fərid Abdullayevin izahatı alınıb. Göyçay Rayon Polis idarəsində hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Fərid Abdullayevin atası İlqar Abdullayev Göyçayda Zamin bankın filial müdiri olub. Hazırda filial bağlansa da o, valyuta dəyişmə məntəqəsi işlədir. Oğlu isə Göyçayda avtoxuliqanlıq edirmiş. Nəticədə bu cür qəzaya səbəb olub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












