Banner

Göygöldə iki avtomobil toqquşdu; Türkiyə vətəndaşı da yaralandı - FOTO

Qəzalar 5 Noyabr 2026 12:18
Göygöldə iki avtomobil toqquşdu; Türkiyə vətəndaşı da yaralandı   - FOTO
WhatsApp kanalımıza abunə olun

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 4-də saat 11:50-də iki nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi müayinə üçün bir nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Zəruri tibbi xidmətlə təmin olunan şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb. Digər şəxs isə özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda qeyd edilib./oxu.az

***4 noyabr, 13:41

Göygöldə avtomobillər toqquşub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü M.Qarayev və Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü M.Solqun müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 272
ŞƏRH YAZ
Ad

E-mail

Şərh