Hacıqabulda avtomobil aşdı: ana ölüb, oğlu xəsarət alıb
Qəzalar
29 May 2019 13:06
Oxunub 1982

Faktla bağlı araşdırma aparılır
Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində keçən hissəsində qeydə alınıb. “Toyota Prado” markalı, 10 UD 440 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın - Hüseynova Afət Ələddin qızı dünyasını dəyişib. Ölən qadının oğlu isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













