Hacıqabulda yol qəzası: 4 yaralı

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Ağcabədi rayon sakinləri - 1975-ci il təvəllüdlü Güləliyeva Nəcibə Muğan qızı, 2004-cü il təvəllüdlü Muradlı Qətibə Baxşeyiş qızı, Gəncə sakini - 1956-cı il təvəllüdlü Mahmudova Sənubər Qədim qızı və Rusiya Federasiyasında qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Qocayev Fariz Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra yaralılar Travmatologiya şöbəsinə yerləşdirilib.
Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












