Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Həftəsonu Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 10-11-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 5 nəfər dünyasını dəyişib.
Dekabrın 10-da saat 18 radələrində Yevlax rayonunun Hürüuşağı kəndi ərazisində Mingəçevir şəhər sakini Z.Əliyevin idarə etdiyi “Opel” və Bakı şəhər sakini C.Həşimovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Əliyevin orada ölüb. Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dekabrın 11-də saat 13 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində rayon sakini İ.Zeynalovun idarə etdiyi “Geely” və Samux rayon sakini D.Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobildə olan sərnişin P.Rəhimli hadisə yerində ölüb. Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











